Xəbər lenti

Ançelottidən Özil etirafı
İdman08:11 17.01.2014

Ançelottidən Özil etirafı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti "kral klubu"nun Məsut Özili "Arsenal"a satmasından təəssüfləndiyini bildirib.

Qaynar.info
xəbər verir ki, italyan mütəxəssis bildirib ki, 24 yaşlı alman əsilli futbolçu komandaya çox yardım edə bilərdi.

"Düşünürəm ki, biz Özilə "Real"dan getməyə icazə verdiyimiz üçün səhv etmişik. O, komandaya çoxlu xeyir verə bilərdi. Düzdür, bu gün "Real"ın hücum xəttində mükəmməl futbolçular var" deyə Ançelotti AS qəzetinə açıqlamasında deyib.

Qeyd edək ki, Məsud Özil ötən il "Arsenal"a 50 milyon avroya transfer olunmuşdu.

Qaynar.info