"Gələcəkdə nə olacağını bilmirəm, həyatımın bir dönəmində Barselonaya qayıtmaq istərdim. Hansı formada olacağını bilmirəm".
Qaynarinfo sports.ru-ya istinadla xəbər verir ki, bu sözləri Andres İnyesta "Football Espana”ya deyib.
"Barselonaya, evinə qayıtmaq, bu və ya digər şəkildə kömək etməyə davam etmək istəyirəm... lakin heç kim gələcəkdə nə olacağını bilmir", - ulduz futbolçu bildirib.
Dani Alveşin qayıtması artıq elan edilib, bəs niyə onun əfsanəvi komanda yoldaşı geri qaytarılmasın? - "Barsa”nın fanatları sual edir.
İnyesta 2018-ci ildə "Barselona"dan ayrılıb və Yaponiyanın "Vissel Kobe" klubunda oynamağa davam edir.
Alpər