“Android” əməliyyat s istifadəçilərinə “Google Play”dəki bəzi məşhur tətbiqetmələrdəki reklam kodları ilə bağlı xəbərdarlıq edilib. Axşam.az “BBC”-ə istinadən xəbər verir ki, bu cür reklamlar “Android” smartfonlarında və planşetlərində tez-tez isitfadəçilərin qarşısına çıxa bilər.
Antivirus şirkəti olan “Avast”dan bildiriblər ki, bu virus xarakterli reklamların mövcud olduğu “Durak” adlı oyun 10 milyon dəfə yüklənilib.
Google şirkəti dərhal “Durak” oyununa girişi qadağan edib. Virusun digər tətbiqetmələrə də yayıldığı bildirilir. Tətbiqetmələrin yaradıcıları isə məsələyə münasibət bildirmək istəməyib.
Bəs bu cür hallarda nə etmək lazımdır? Telefona virus düşməsinin qarşısını necə almaq olar?
İnformasiya təhlükəsizliyi üzrə ingiltərəli mütəxəssis Stiven Murdok deyir ki, tətbiqetmələri yükləməmişdən qabaq digər istifadəçilərin rəylərini oxumaq lazımdır. Zərərli tətbiqləri yükləmək məsləhət görülmür. Qaynar.info