Xəbər lenti

Anormal qiymət: neft bazarını ABŞ idarə edir
Ekonomiks14:50 13.02.2015

Anormal qiymət: neft bazarını ABŞ idarə edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Fundamental dəyişikliklər yoxdur və bazarda baş verənlər əsasən spekulyativ hərəkətlərdir”.   

365.az xəbər verir ki, bu barədə məlumatı  ReAL Hərəkatının icra katibi, iqtisadçi ekspert Natiq Cəfərli çıxış edib.   Onun sözlərinə görə, bazar bir tək ABŞ-dan gələn siqnallara cavab verir:   "İndi WTI 51,88 dollara, "Brent” isə 60,11 dollara satılır. Bu, normal deyil. Qiymət fərqinin 15%-dən artıq olması bazarın anormal olduğunu göstərir. 

Əslində, "Brent” markalı neftin qiyməti artıq formal hal alıb. "Brent”ə uyğun bazara neft çıxardan bütün markalar güzəşt elan ediblər. Yəni birja qiymətindən 3-5 dollar ucuz neft satırlar. Ona görə də "Brent”ə uyğun markaların real satış qiyməti indi 55-57 dollar arasıdır. Bazar yalnız ABŞ-dan gələn siqnallara reaksiya verir. Artıq üç həftədir ki, həftənin əvvəli neft ucuzlaşmağa başlayır. Hər 3-cü gün isə ABŞ-da həftəlik ehtiyatlar haqqında statistika çıxanda neft kəskin ucuzlaşır, sonra isə 4-cü və 5-ci gün yavaş-yavaş qalxır. İndi də elə olacaq. Növbəti həftə ABŞ-da ehtiyatlar yenə gözləntilərdən artıq olsa, qiymət kəskin düşəcək, sonra yenə yavaş-yavaş qalxacaq. Əslində, qiymətin 55-60 dollar civarında stabilləşməsi hamıya xeyirdir”.

Qaynar.info