ANS TV-nin “Xəbərçi” redaksiyasında müxbir vəzifəsində çalışan İsmayıl Fətəliyev, operatorlar Feyruz Ağayev ve Taleh Mikayılov da işdən azad edilib.
Bu barədə ANS-dəki həmkarlarımızdan “Axar.az”a məlumat verilib.
“ANS-ÇM” radiosunda çalışan Valid Əliyevin də işdən azad edilənlər siyahısında olduğunu və bütün redaksiyalarda kütləvi ixtisarlar getdiyini bildirən həmkarımızın sözlərinə görə, kanalda işdən çıxarılanlar əsasən yeni işçilərdir: - Bir müddət öncə Mirşahin Ağayev yeni kadrları işə cəlb edib. Adətən həmin kadrlar kurs keçəndən sonra ANS-də qalıb çalışırlar. Ancaq bu dəfə elə olmadı. Həmin kadrların hamısı işdən azad edildi.