Xəbər lenti

ANS-in xanım aparıcısı qəzaya uğradı
Ölkə10:40 03.07.2014

ANS-in xanım aparıcısı qəzaya uğradı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ANS televiziyasının əməkdaşı, “Adam içində” verilişinin aparıcılarından biri Afət Rahilqızı avtomobil qəzasına düşüb. 

Bu barədə jurnalist sosial şəbəkədəki profilində məlumat verib:

“Oturduğun yerdə zibilə düşmək budur e... Bahalı maşın vurdu məni. Məni haqsız çıxarmaq istəyirdi. Yaxşı ki, qanunları bilirəm. Dərhal yol polisinə zəng elədim. Şahidlər də təsdiq etdilər ki, təqsir onda idi, məndə yox. Saat 5-də Badamdara Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinə çağırıblar. Bu da məzuniyyətimin adrenalini!”. 

Qeyd edək ki, hadisə “Nizami” metrosunu yaxınlığında baş verib. 

Aznews.az