Bir müddət əvvəl “ANS” televiziyasından ayrılan tanınmış aparıcı Zəminə Əliyevanın yeni iş yeri məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aparıcı bundan sonra fəaliyyətini “Space” telekanalında davam etdirəcək. Onun telekanalda redaktor vəzifəsinə təyin edildiyi bildirilir.
Xatırladaq ki, bir müddət əvvəl aparıcı sosial şəbəkələrdən birində aparıcısı olduğu “Doğruya Doğru” verilişinin bağlandığını və lahiyənin başa çatdığını qeyd etmişdi.
Əldə etdiyimiz digər bir məlumata görə isə “ANS”dən istefa edən digər aparıcı Afət Telmanqızı da bundan sonra “Space” telekanalında çalışacaq.