İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem”in baş məşqçisi Antonio Konte Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünü pisləyib.
Qaynarinfo xəbər verir ki, təcrübəli italiyalı mütəxəssis bu addımların tamamilə qəbuledilməz olduğunu bildirib:
"Vəziyyət çox acınacaqlıdır. İndi 2022-ci ildir və müharibə ehtimalını müzakirə etməyimiz sadəcə inanılmazdır. Bu barədə düşünmək belə inanılmaz və eyni zamanda axmaqlıqdır. Bizə insanların ölümü yox, sülh lazımdır. Müharibə qətiyyən heç nəyə cavab deyil. Bütün dünya birlikdə hərəkət etməli, insanların axmaqlığına qarşı həmrəy olmalıdır”.
Səbuhi Həsənov