"AŞPA-nın qətnaməsi ümumi çağırışlardan ibarətdir və Azərbaycan həmin çağırışları yerinə yetirməyə hazır olduğunu dəfələrlə bəyan edib”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu hüquqşünas Qulamhüseyn Əlibəyli AŞPA-da Laçın yolu ilə bağlı qəbul edilən qətnaməni şərh edərkən deyib.
"Hesab edirəm ki, AŞPA-nın bu qətnaməsi qeyd edilənlərdən başqa əlavə müddəalar yoxdursa, qəbul oluna bilər. Qətnamə sadəcə olaraq, ümumi sözlərdən ibarətdir. AŞPA-nın demək olar ki, bütün sənədlərində belə ümumi sözlərdən istifadə edilir. Düzdür, Azərbaycanı dialoqa çağırmaq bir qədər yersiz görünür. Çünki Bakı hər cür əməkdaşlıq və müzakirələrə hazır olduğunu dəfələrlə bildirib. Təəssüf ki, erməni tərəfi hər zaman dialoqdan boyun qaçırmağa çalışıb.
AŞPA-da Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Dağlıq Qarabağla bağlı Alt Komitə yaradılmışdı. Amma erməni tərəfi burada da işləri pozmaqla məşğul idi. Hesab edirəm ki, AŞPA-nın sözügedən qətnaməsi ümumi çağırışlardan başqa heç nə ilə yadda qalmayacaq. Laçın yolunda post qurulmasının guya gediş-gəlişə mane olduğu barədə iddialara gəldikdə, həmin iddialar qətnamə layihəsində öz əksini taparsa, bu AŞPA-nın da birtərəfli mövqe tutduğunu göstərəcək. Azərbaycan qətnaməni irəli sürən və ona səs verənlərin bir çoxunu dəvət edib, Laçın yolu ilə Ermənistana aparıb gətirə bilər”.
Qeyd edək ki, AŞPA-da Laçın yolu ilə bağlı məruzəçi Paul Qavanın hazırladığı qətnamə qəbul edilib. Qətnamədə bildirilir ki, Assambleya həm Ermənistan, həm də Azərbaycan parlament nümayəndə heyətlərini gərginliyin azaldılması və səmimi əməkdaşlığın qurulması məqsədilə qarşılıqlı maraq doğuran mövzular əsasında əlverişli və səmərəli dialoqun qurulması istiqamətində mümkün addımları müzakirə etməyə dəvət edib. Parlament Assambleyası xatırladıb ki, hər iki ölkə 2001-ci ilin yanvarında Avropa Şurasına daxil olduqdan sonra bu mübahisəni sülh yolu ilə həll etmək öhdəliyi götürüb.
Rüfət Sultan
Şərhlər