Xəbər lenti

Aparıcını meydandan qovdular
İdman20:38 08.11.2014

Aparıcını meydandan qovdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Serbiyalı teleaparıcını zahiri görünüşünə görə, meydançadan qovublar. ANS PRESS-in məlumatına görə, iki Belqrad komandası “Partizan” və “Srvena Zvezda”nın (1:0) oyunu zamanı serbiyalı teleaparıcı Katarina Sreçkoviçdən meydançanın kənarından uzaqlaşmağı istəyiblər. 
Klub nümayəndələrinin fikrincə, zahiri görünüşünə görə 25 yaşlı xanım futbolçuların fikrini oyundan yayındırıb.
“Artıq birinci dəfə deyil ki, mənim başıma belə bir hadisə gəlir. Bundan əvvəl də iki dəfə məndən meydançanı tərk etməyimi xahiş ediblər, çünki hər kəsin fikrini yayındırıram. Hətta oyunçular da mənə görə, fikirlərini toplaya bilməməklərindən şikayət ediblər”.- deyə Sreçkoviç bildirib. 
Teleaparıcının sözlərinə görə, futbolçuların dəfələrlə ona müsahibə vermək üçün növbəyə durduqlarının şahidi olub.
Xanım aparıcı “Srvena Zvezda” klubunun azarkeşidir və klub telekanalında futbol şousu aparır. O, işini həyatının mənası hesab edir və işini itirməkdən çəkindiyini bildirir. 
Belqradın “Partizan” və “ Srvena Zvezda” kublarının matçı Serbiyada çox prinsipial sayılır. 
Qeyd edək ki, oyun “Partizan”ın 1:0 qələbəsi ilə başa çatıb.
Qaynar.info