"İnsanlar
güman edir ki, seçkilər daha demokratik keçiriləcək, bu yarış hakimiyyətin mənbəyi
kimi xalqın ixtiyarına buraxılacaq və xalq da yaxşıların yaxşısını seçmək imkanına
malik olacaq".
Bunu
Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O,
növbəti parlament seçkisində daha çox insanın namizəd olmağa can atmasını belə əsaslandırıb:
"İddiaçılar
belə düşünür ki, öz bölgələrindən namizədliyini verərək seçilə biləcəklər. Amma
yersiz ambisiyalardır. Hələ seçkilər başlamadan öz təbliğatını aparanlara da
rast gəlinir. Zənnimcə, apardıqları təbliğat uğurlu deyil. Bəzən ikrahla
qarşılanır. Hər halda namizədlərin çox olması rəğbəti artırar, beləliklə də seçki
mühitinin sağlamlaşmasına və daha demokratik keçirilməsinə şərait yaradar”.
Politoloq
struktur və kadr dəyişiklikləri ilə bağlı aparılan islahatların da bu prosesə təkan
verdiyini ifadə edib:
"Son
dövrlərdə aparılan struktur və kadr islahatları, kadrların seçimində peşəkarlığa
üstünlük verilməsi də insanları həvəsləndirir, ümidlərini artırır. Belə hesab
edirlər ki, hakimiyyət yeniliyə can atır, ölkəni daha peşəkar adamlara
tapşırmaq istəyir. Buna görə də insanların əksəriyyəti yaranmış cəzbedici
mühitdə öz qüvvələrini sınamaq istəyirlər".
Camal
Şərhlər