Xəbər lenti

Apple-dan daha bir yenilik
Ekonomiks17:34 30.07.2013

Apple-dan daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Apple şirkəti iOS 7.0 və iTunes 11.1 dördüncü beta-versiyasını buraxıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, hazırda hər iki məhsul Apple Developerdə təqdim edilir.

iOS 7.0 beta 4 əməliyyat sisteminin təsvirində qeyd edilib ki, o, yeni funksiyalar daşımır, lakin əməliyyat sisteminin yeni versiyasında köhnə səhvlər düzəldilib və sistemin istehsal gücü artırılıb.

iOS 7.0 əməliyyat sisteminin ictimai nümayişi bu ilin payız aylarında nəzərdə tutulub. Apple şirkəti yeni sistemin daha iki beta-versiyasını buraxmağı nəzərdə tutub, bundan sonra isə, sentyabrın ikinci yarısında, Golden Master versiyasının nümayişi gözlənilir.

iTunes 11.1 beta-versiyasında isə kontentin yayımı ilə bağlı olan radio funksiyaları yaxşılaşdırılıb.

Qaynar.info