Xəbər lenti

Texnologiya 16:38 07.12.2023

"Apple" gələn ilin əvvəlində bu məhsulları təqdim edəcək - "Bloomberg"

"Apple" gələn ilin əvvəlində ictimaiyyətə yeni "iPad Air", "iPad Pro" və "MacBook Air" modellərini təqdim etməyi planlaşdırır.

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Agentliyin mənbəsinin sözlərinə görə, yeni "iPad Air" planşeti iki ölçüdə olacaq, Pro modeli isə OLED ekranı alacaq. Həmçinin bildirilir ki, yeni nəsil "MacBook Air" noutbuku yeni M3 çipi ilə təchiz ediləcək.

Mənbələr bildirir ki, yeni "iPad"lərin satışına 2024-cü ilin mart ayının sonunda başlanacağı gözlənilir. Yeni "MacBook Air"in buraxılışı da mart ayına qədər gözlənilmir.

Şirkət ekran ölçüləri 11 və 13 düym olan dörd yeni "iPad Pro" modelini təqdim etməyi planlaşdırır. "Apple" həmçinin yeni "iPad Pro" ilə birlikdə satılacaq "Apple Pencil" və "Magic Keyboard" aksesuarlarının yenilənmiş versiyalarını da hazırlayır.

Sentyabrın 31-də başa çatan ən son maliyyə ilində "Apple"ın gəliri və xalis gəliri maliyyə ilinin 4 rübünün hər birində müvafiq olaraq 3% azalaraq 383,3 milyard və 97 milyard dollara enib.

Rüb ərzində "iPhone" satışlarının 2,8% artaraq 43,8 milyard dollara çatdığı bildirilir. Eyni zamanda, eyni dövrdə "Mac" satışları 33% azalaraq 7,6 milyard dollar, "iPad" satışları isə 9% azalaraq 6,4 milyard dollar təşkil edib. Şirkətin xidmətləri 16% səviyyəsində əhəmiyyətli artım göstərib.

"Apple" mobil cihazlarında bir sıra yeni funksiyalar hazırlayır

Daha əvvəl bildirilib ki, "Apple" "iPhone 16” smartfonunda innovativ texnologiya tətbiq edəcək. Yeni smartfonun həddindən artıq qızma ilə bağlı problemləri həll edəcək qrafen soyutma sistemi ilə təchiz ediləcəyi gözlənilir.

Bundan başqa, "iPhone" və "Mac"ın gələcək nəsillərində "anti-casus” ekranı olacaq.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->