Xəbər lenti

"Apple"ə meydan oxuyan türkiyəli hakerə hökm oxundu
Texnologiya12:16 23.12.2019

"Apple"ə meydan oxuyan türkiyəli hakerə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Apple"ın fərdi yaddaş tətbiqi olan "iCloud"u qırdığı görüntüləri "Youtube" platforması üzərindən paylaşaraq, ABŞ-ın ən iri şirkətlərindən olan "Apple"ı təhdid edən 22 yaşlı türkiyəli haker Kərəm Albayrağa hökm oxunub.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, 250 milyondan çox iPhone və iPad-i zavod parametrlərinə qaytaracağını deyərək, Apple-dən pul və iTunes kuponu istəyən Albayraq hakim qarşısına çıxıb. İngiltərə məhkəməsi onun barəsində 2 il təxirə salınmış həbs qərarı çıxarıb. Bundan başqa gənc hakerə 300 saatlıq inzibati iş də kəsilib. Beləliklə, o 6 ay boyunca elektron qolbaq taxmalı olacaq.
Xatırladaq ki, 22 yaşlı haker ABŞ-ın texnologiya nəhəngindən 133 min funt-sterlinq dəyərində bitkoin və 837 funt-sterlinq dəyərində iTunes kuponu tələb etmişdi.
Camal