Xəbər lenti

Apteklərdə yoxlamar aparıldı - Nöqsan aşkarlandı
Ölkə19:29 03.09.2026

Apteklərdə yoxlamar aparıldı - Nöqsan aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2026-ci ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən ümumilikdə 70 aptekdə yoxlama həyata keçirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə AEM-dən bildirib.

Bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 51-i planlı, 16- sı plandankənar və 3-ü yoxlamadan kənar olmuşdur.

Aparılmış yoxlamalar nəticəsində 19aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1, 215.4, 221.1, 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir.