Xəbər lenti

“Aqrolizinq”in şöbə müdiri: "Çəltikçilikdə müasir texnikalardan istifadəsi fermerlərin işini asanlaşdırır"
Ekonomiks13:04 25.10.2018

“Aqrolizinq”in şöbə müdiri: "Çəltikçilikdə müasir texnikalardan istifadəsi fermerlərin işini asanlaşdırır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən çəltikçiliyin müasir texnika və texnoloji avadanlıqlarla təminatı yaxşılaşdırılır.
Qaynarinfo xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində "Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov bildirib.
Onun sözlərinə görə, bu il ölkəmizə Yaponiya və Cənubi Koreya istehsalı olan 30 ədəd çəltik şitili əkən texnika və çəltik yığan kombayn gətirilib. Lənkəran, Astara, Masallı rayonlarında bu texnikalar fermerlər tərəfindən lizinqə götürülərək istifadə olunur və səmərə verir. Çəltikçilikdə müasir texnikalardan istifadə edilməsi fermerlərin əkin-biçin prosesində işlərini xeyli asanlaşdırır.
Hazırda "Aqrolizinq" ASC-nin Şirvan təchizat bazasında çəltikçilik texnikaları var. Çəltikçiliklə məşğul olan fermerlər müraciət edib bu texnikaları lizinq yolu ilə ala bilərlər.