
"Ondan nə desən gözləmək olar”
Yazar Aqşin Yeniseyin martın 10-da Bakıda keçirilən “Əsgər ölümünə son” aksiyası ilə bağlı facebook sosial şəbəkəsində yazdığı status geniş ictimai müzakirə səbəb olub. A.Yeniseyin statusu yazarlar və aksiyada iştirak edən gənclər tərəfindən sərt tənqid olunub.
Qaynar.info-nun məlumtına görə, daha bir gənc yazar Tağı Kərimli Aqşin Yeniseyin statusunu tənqid edərək onu Allahsız adlandırıb: “Aqşin Yenisey Allahı tanımayan bir şəxsdir, ondan nə desən gözləmək olar. Onunla bir dəfə, Əvəz Temirxanın, onun ən yaxın dostu Seymur Baycanın iştirakı ilə diskusiyamız olub, sırtıqcasına Allahı təhqir edərək yaratdığı şeytana gücü çatmadığını bildirirdi. Yəni demək istəyirəm ki, bu adam üçün milli, dini dəyərlər o qədər də əhəmiyyətli deyil. Əsgər ölümünə siyasi mövqeyindən asılı olmayaraq hər kəs etiraz etməlidir, çox təəssüf ki, Aqşin bəy yenə öz ampulasındadır”.
Qaynar.info