Xəbər lenti

AQTA-nın
Ekonomiks 18:23 12.06.2025

AQTA-nın "rədd etdiyi" məşhur broyler şirkəti satışa çıxarıldı - MƏBLƏĞ

Zaqatala rayonunun Maqov kəndində "Zaqatala Broyler” MMC-nin quşçuluq fabriki satışa çıxarılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müəssisənin satışa çıxarılmasının səbəbi açıqlanmayıb. Fabrik sahibi tərəfindən alıcılara 2 milyon 700 min manata təklif olunur. 

Satışa çıxarılan 100 min baş tutumu olan toyuq istehsalı fabrikinin ərazisi 3 hektardır və obyektdə 4 ədəd 23-25 min başlıq cücə yetişdirmə korpusu, dəyirman və yem hazırlama sexləri, avtomatik kəsim xətti, şoklama və soyuducu kameralar, 2 ədəd 12 m-lik dondurucu konteynerlər, apilka və qranul yem istehsalı sexi ,eləcə də hazır malın satış nöqtələrinə çatdırılması məqsədilə 3 ədəd soyuducu avtomobillər və traktor və kamaz kimi digər yük avtomobilləri vardır.

Qeyd edək ki, "Zaqatala Broyler” MMC-nin illik istehsal gücü 500 ton olan quş əti istehsalı müəssisəsi 2011-2012-ci illərdə inşa edilərək istifadəyə verilib. Bu emal müəssisəsi o zamankı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılan güzəştli kredit hesabına tikilib. 2011-ci ildə dövlət qeydiyyatına alınan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Məhəmməd Nadir oğludur.

2021-ci ildə Azərbaycan Qida Təhülkəsizliyi Agentliyi (AQTA) tərəfindən "Zaqatala Broyler” MMC-nin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->