
"Krokus" şirkətinin prezidenti mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib
Azərbaycanlı biznesmen, "Krokus" şirkətinin prezidenti Araz Ağalarovun Türkiyənin "Fənərbaxça" klubunu alması barədə xəbərlər yayılıb. ANS PRESS-in "Komsomolskaya pravda"ya istinadən verdiyi məlumata görə, Araz Ağalarov İstanbulun "Fənərbaxça" klubuna sponsorluq etmək fikrində olmadığını bildirib: "Bu xəbərin hardan peyda olmasını belə bilmirəm. Bu xəbərə şərh verməkdə belə çətinlik çəkirəm".
Araz Ağalarov jurnalistin gələcəkdə əcnəbi kluba sponsorluq etmək ehtimalına da aydınlıq gətirib. "Əgər gələcəkdə hansısa klubu almaq fikrinə düşərəmsə bu xarici deyil, Rusiya klubu olar. Yeri gəlmişkən qeyd edim ki, mən "Dinamo" futbol klubu və "Zorki" xokkey klubunun sponsoruyam. Bu iki klubun xərcini çətinliklə qarşılayıram, hər hansı başqa klubu almaq fikrim yoxdur"
Qaynar.info