Xəbər lenti

Araz Abdullayev “Anortosis”dən ayrıldı
İdman10:11 15.05.2018

Araz Abdullayev “Anortosis”dən ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Araz Abdullayev Cənubi Kiprin "Anortosis” klubundan ayrılıb.
Qaynarinfo yerli mediaya istinadən xəbər verir ki, ölkə çempionatını 3-cü yerdə başa vuran Famaqusta təmsilçisi müqaviləsi başa çatan 4 futbolçu ilə yollarını ayırıb. Onlardan biri də Araz Abdullayev olub.
Azərbaycan millisinin üzvü Cənubi Kipr klubunda icarə əsasında çıxış edirdi. "Anortosis” onun transfer hüqununu almayıb. 
Qeyd edək ki, Araz Abdullayev "Anortosis”in heyətində 34 rəsmi oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib.