Xəbər lenti

Araz Abdullayev Türkiyə klubunda
İdman15:05 14.09.2020

Araz Abdullayev Türkiyə klubunda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.
Qaynarinfo "Ajanspor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. İddiaya görə, oyunçu I liqada çıxış edən "Boluspor"la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Araz Abdullayevin son klubu "Qarabağ" olub. Futbolçu 2019/20 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb. Millimizin üzvü əvvəllər Azərbaycanın "Neftçi", "Qəbələ", İngiltərənin "Everton" (debüt etməyib), Yunanıstanın "Panionios" və Cənubi Kiprin "Anortosis" klublarında çıxış edib.