Xəbər lenti

Araz Abdullayev üzr istədi
İdman16:38 18.10.2014

Araz Abdullayev üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Neftçi” PFK-nın futbolçusu Araz Abdullayev klubun rəsmi saytına açıqlama verib.

Klubdaxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılan yarımmüdafiəçi bunları deyib:

“Milli komandanın düşərgəsindən yeni qayıtmışıq. İki ağır səfər oyunu keçirdik və təəssüf ki, istədiyimiz nəticələri qazana bilmədik. Psixoloji gərginliyin fonunda bu hərəkətə yol verdim. “Sumqayıt”la oyunda sona qədər meydanda olub komandama kömək etmək istəyirdim. Əvəzlənməyimə qeyri-ixtiyarı olaraq səhv reaksiya verdim. Bu səbəbdən də haqlı olaraq cəzalandırıldım. Cəza olaraq əvəzedici heyətə göndərilmişəm. Çalışacağam ki, tez bir zamanda özümü doğruldum və yenidən əsas komandaya qayıdım. Etdiyim hərəkətə görə bir daha “Neftçi” azarkeşlərindən, klub rəhbərliyindən və komanda üzvlərindən üzr istəyirəm”.

Qaynar.info