Ötən gün "İnter" - "Neftçi" matçından sonra komandasının məğlubiyyətini həzm edə bilməyən, klub futbolçularına etiraz etmək üçün meydana girən "Neftçi" azarkeşi Nurlan Əziz saxlanılaraq, bölməyə aparılıb.
Qaynar.info premyer.az-a istinadən xəbər verir ki, bu gün həmin "Neftçi" azarkeşinin məhkəməsi olub.
Paytaxt klubunun azarkeşi Nizami rayon məhkəməsinin az öncə çıxardığı qərara əsasən 5 sutkalıq həbsə məruz qalıb.
Onu da əlavə edək ki, Nurlan Əziz artıq mövcud olmayan "Neftçimania" fanklubunun sabiq üzvüdür. O, komandasının ardıcıl qələbələr qazana bilməməsini həzm edə bilməyərək oyundan sonra azarkeşlərə tərəf gələn "Neftçi" futbolçularını təhqir edib. Araz Abdullayev və Rahil Məmmədov isə bu azarkeşi vurub. Nəticədə Nurlan Əziz polis bölməsinə aparılıb.
Qaynar.info