Xəbər lenti

“Araz-Naxçıvan” daha bir braziliyalı transfer etdi
İdman07:01 16.01.2024

“Araz-Naxçıvan” daha bir braziliyalı transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qış transfer pəncərəsindən maksimum istifadə edən "Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
Qaynarinfo-nun məlumatına görə, ölkə çempionu bu dəfə braziliyalı futzalçı ilə anlaşıb. "Stolb” mövqeyində oynayacaq Dioqo Auqusto mövsümün sonuna qədər "qırmızı-ağlar”ın uğuru üçün tər tökəcək. 24 yaşlı futzalçı ölkəsində "Taboao da Serra” və "San Paulo”da çıxış edib.
"Araz-Naxçıvan” buna qədər Miloş Todoriç, Həsənəli Rəhimov və Andre Korrea dos Santos Juniorla anlaşıb.
Səbuhi Həsənov