Xəbər lenti

İdman 15:55 23.01.2024

"Araz-Naxçıvan"dan daha bir transfer

"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
 
Qaynarinfo-nun məlumatına görə, Naxçıvan komandası Ramin Nəsirli ilə anlaşıb. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də üzvü olan sağ cinah yarımmüdafiəçisi ilə "6 ay + 1 il” müddətinə anlaşma imzalanıb.
 
"Neftçi”nin yetirməsi bir müddət Latviyanın güclülər dəstəsində "Daugavpils”də legioner həyatı yaşayıb. 2023-cü ilin fevralında bu kluba keçən futbolçu ötən ay geri dönüb. Nəsirli "Araz-Naxçıvan”a keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: "Baş məşqçi ilə görüşdük, məni komandada görmək istədiyini bildirdi. Dəvətə və etimada görə ona təşəkkür edirəm. Üzərimdə çalışacam, məqsədim əsas komandada meydana çıxmaq, daimi oynamaqdır. Bilirəm, mövqeyimdə rəqabət var, ancaq bura ehtiyatda oturmaq üçün gəlməmişəm. Başqa klublardan da təkliflər var idi. Latviyadan və yerli klublarımızdan dəvət almışdım, ancaq "Araz-Naxçıvan”ın oyun üslubu daha cəlbedici olduğuna görə, bu komandanı seçdim. Kollektiv də məni mehriban qarşıladı. Artıq iki məşqdə iştirak etmişəm. Gördüklərim məni qane edir”.

"Araz-Naxçıvan” bir neçə gün əvvəl qış transfer dövründə İldar Alekperovu "Sabah”dan icarəyə götürüb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->