Xəbər lenti

Çempionlar Liqası: "Araz-Naxçıvan" Finlandiya klubu ilə heç-heçə oynadı (YENİLƏNİB)
İdman13:04 22.08.2021

Çempionlar Liqası: "Araz-Naxçıvan" Finlandiya klubu ilə heç-heçə oynadı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, son ölkə çempionu F qrupunda Finlandiyanın "Kampuksen Dinamo” kollektivi ilə üz-üzə gəlib. Latviyanın Salaspils şəhərində və monteneqrolu hakim Drazen Vukçeviç idarə etdiyi qarşılaşma 4:4 hesabı ilə başa çatıb. Azərbaycan təmsilçisinin heyətində qolları Xətai Bağırov, Emanuel Rodrigues, Pereyra Qonçalves Dos Santos, və Amir Şojaei vurublar.
Çempionlar Liqası
İlkin mərhələ
F qrupu
22 avqust
Kampuksen Dinamo (Finlandiya) - Araz-Naxçıvan 4:4
Qollar: Makedo Basilio, 12:15; 29:56. İntala, 12:40. Sergey Konsulov, 21:37 - Xətai Bağırov, 6:21. Emanuel Rodrigues, 7:22. Pereyra Qonçalves Dos Santos, 15:49. Amir Şojaei, 33:00.
Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda ilk görüşdə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə üstələyib. İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək matçlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil edilir. Reqlamentə uyğun olaraq, 9 komanda - 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.