Xəbər lenti

"Araz Naxçıvan" Çempionlar Liqasında mübarizəni başa vurdu
İdman13:55 31.10.2021

"Araz Naxçıvan" Çempionlar Liqasında mübarizəni başa vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç məhsuldar heç-heçə ilə başa çatıb - 6:6.
Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu 2-ci pillədə başa vurub. Eyni xala malik "Ligeni" isə 3-cü olub.
Çempionlar Liqası
Əsas mərhələ
B yolu, 6-cı qrup
III tur
"Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 12`05"; 33`58", Anton Uka, 18`52", Arber Şkodra, 25`54", Xorxe Stiven Abril Qarsiya, 35`25", Yulian Diaz, 39`07 - İsa Atayev, 6`18"; 24`30", Felipinyo, 9`09", Maneka, 9`41", Ramiz Çovdarov, 11`15", David Qustavo, 22`49"
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Xal durumu: "Uraqan" - 6 (2 oyuna), "Araz-Naxçıvan" - 4, "Lipegi" - 4, "Yunayted Qalati" - 0 (2)
Qeyd edək ki, bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş Ukrayna "Uraqan"ı Rumıniyanın "Yunayted Qalati" klubu ilə qarşılaşacaq.