Xəbər lenti

"Araz-Naxçıvan" iki futbolçu transfer etdi
İdman12:41 13.01.2024

"Araz-Naxçıvan" iki futbolçu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünəndən hazırlığa başlayan "Araz-Naxçıvan” növbəti transferlərini reallaşdırıb.
Qaynarinfo-nun məlumatına görə, futzal üzrə son ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb. Serbiyanın "Loznitsa Qrad” klubundan "qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir.
"Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi "Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər "qırmızı-ağlar”ın formasını geyinəcək.
"Araz-Naxçıvan” bu transferlərə qədər braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorla anlaşmışdı.
Səbuhi Həsənov