Xəbər lenti

"Araz-Naxçıvan"ın ilk transferi braziliyalı oldu
İdman09:29 09.01.2024

"Araz-Naxçıvan"ın ilk transferi braziliyalı oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Araz-Naxçıvan” cari ildə ilk transferini rəsmiləşdirib.
 
Qaynarinfo-nun məlumatına görə, futzal üzrə son ölkə çempionu braziliyalı ilə anlaşıb. Andrezinyo ləqəbli 26 yaşlı Andre Korrea dos Santos Junior mövsümün sonuna qədər "qırmızı-ağlar”ın formasını geyinəcək. Buna qədər vətənində "Sao Lourenço”, "Taubate”, "Yuventude”, "Esporte Futuro” və "Praya” klublarında çıxış edən hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq. 
Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk edib. Eriklə başa çatan müqavilənin müddəti uzadılmayıb, Bağırov və Atayev isə xarici klubdan dəvət alıb.
Səbuhi Həsənov