Yeni mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq "Araz-Naxçıvan”ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabr ayına qədər müvəqqəti olaraq Mərdəkandakı "Dalğa Arena”da qəbul edəcək.
2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.
Səbuhi Həsənov