Xəbər lenti

"Araz-Naxçıvan"ın qış planı hazırdır
İdman11:02 25.12.2023

"Araz-Naxçıvan"ın qış planı hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Araz-Naxçıvan”ın qış hazırlıq planı məlum olub.
 
Qaynarinfo-nun məlumatına görə, komanda gələn il yanvarın beşindən etibarən bir araya gələcək. Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək. Yanvarın 10-da "qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq.
Yoldaşlıq oyununda rəqib "Zirə” olacaq. Matçın başlama saatı və keçiriləcəyi məkanla bağlı məlumat veriləcək. Ertəsi gün istirahət edəcək Naxçıvan təmsilçisi yanvarın 12-də Qələbədə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq "Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək.
Bu dəfə 2 gün istirahət edəcək futbolçular yanvarın 18-dən etibarən Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.
Səbuhi Həsənov