Xəbər lenti

"Araz-Naxçıvan" yeni baş məşqçisi ilə müqavilə bağladı
İdman11:52 03.01.2025

"Araz-Naxçıvan" yeni baş məşqçisi ilə müqavilə bağladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Araz-Naxçıvan" futzal klubu yeni baş məşqçisi ilə müqavilə bağlayıb.
Bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
O, Yevgeni Kukseçivlə 1 il uzatmaq şərti ilə mövsümün sonuna qədər müqavilə imzaladıqlarını bildirib.
Rusiyalı mütəxəssis son olaraq ölkəsinin "Norilskiy Nikel" kollektivini çalışıdrıb.
Qeyd edək ki, "Araz-Naxçıvan" Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncüdür.