Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan "Araz" supermarketlər şəbəkəsi "Johnson@Johnson" şirkətinə aid məhsulları boykot edib.
Qaynarinfo xəbər verir ki, şirkət bu məhsulların satışını dayandırıb. Hazırda məhsullar rəflərdən yığışdırılır.
Qeyd edək ki, bu addım "Johnson @ Johnson" şirkətinin tvitter hesabındakı paylaşımında Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına görə atılıb.