Xəbər lenti

"Araz Vadisi İqtisadi Zonası" minalardan təmizlənib
Ölkə11:44 29.01.2022

"Araz Vadisi İqtisadi Zonası" minalardan təmizlənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbrayıl rayonunda yerləşən və 200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib.
Qaynarinfo xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi bildirib.
Rəsmi məlumata görə, Sənaye Parkının konseptual planı (Baş plan) hazırdır və yaxın günlərdə Parkın 1,5 hektarlıq hissəsində mobilizasiya şəhərciyinin salınması işlərinə başlanılması nəzərdə tutulur.
Hazırda mobilizasiya şəhərciyi yerləşəcək ərazinin hamarlanması və kipləşdirilməsi işləri davam etdirilir.
Xatırladaq ki, Cəbrayıl rayonunda salınan "Araz Vadisi İqtisadi Zonası”nın təməli ötən il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən atılıb.