"Başakşəhər"in futbolçusu Arda Turanla "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin barışması həftəyə damğasını vuran hadisə oldu.
Qaynarinfo xəbər verir ki, məsələ "Hürriyet Spor"un dəyirmi masasında müzakirə olunub.
Bu barışıq Ardanın yenidən "Qalatasaray"a qayıtma ehtimalını artırıb.
Lakin veteran futbolçu Tümər Mətin Ardanın hazırki fiziki gücünün "Qalatasaray" üçün yetərli olmadığı fikrindədir.
Məhmət Arslan isə Mətinin əksinə, indiki durumda Ardanın Terim üçün yaxşı silah olacağı qənaətindədir.
Qeyd edək ki, Arda Turan "Qalatasaray"ın yetirməsidir. İstanbul klubu futbolçunu 2011-ci ildə "Atletiko"ya 13 milyon avroya satıb. Futbolçu 4 il sonra 42 milyon avroya "Barselona"ya transfer olunub. Hazırda icarə əsasında "Başakşəhər"də çıxış edən yarımmüdafiəçi heyətə düşməkdə çətinlik çəkir. O, cari mövsümdə 11 oyunda meydana çıxaraq 292 dəqiqə oynayıb.
Röya