
İspaniyanın "El Pais" qəzeti "Atletiko"nun futbolçusu Arda Turan haqda müsbət fikirlər səsləndirib.
Qol.Az-ın məlumatına görə, türk yarımmüdafiəçinin daha da inkişaf etdiyini yazan qəzet onu boks dünyasının əfsanədi Məhəmməd Əliyə bənzədib: "Arda müsəlmən dünyasının yeni Məhəmməd Əlisidir".
Qəzet həmçinin yazıb ki, A.Turan Madrid klubunun ən sürətli və önəmli oyunçusudur: "O, "Barselona" ilə matçda necə bir futbolçu olduğunu bir daha nümayiş etdirdi. Arda finalların və böyük matçların adamıdır".
Qaynar.info