İspaniya mətbuatı Arda Turanla bağlı yeni iddia ortaya atıb.
Sport7.az xəbər verir ki, "Barselona" Hektor Bellerini Arda ilə dəyişməyə isti baxır. "Barselona"nın aşağı yaş qrularında yetişən və 2011-ci ildə "Arsenal"a transfer olunan 22 yaşlı sağ cinah müdafiəçisi üçün yeni durum yarandığı deyilir.
Bellerini kluba qaytarmaq üçün Ardadan istifadə ediləcəyi və bununla da daha az xərcə düşəcəyi vurğulandı. Bellerindən 25-40 milyon avro qazanc əldə etmək istəyən "Arsenal" üçün bunun cazibədar təklif olduğu söylənilir.
"Barselona" forması ilə 94 matçda 17 qola imza atan Turanla bağlı "Arsenal" iddiaları bir müddətdi gündəmdə dururdu. Məsut Özilin gedişindən sonra onun əvəzinə Ardanın alınması düşünülürdü.