Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) şirkətin baş ofisində baş verən intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Qaynar.info-nun ARDNŞ-nin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 26-da Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mədəni-Kütləvi Tədbirlər, İstirahətin Təşkili və Təsərrüfat Departamentinin təmir-istismar sahəsinin 11-ci dərəcəli ustası, 1969-cu il təvəllüdlü Seyidov Kamran Nazim oğlu təsərrüfat işləri ilə məşğul olmaq məqsədi ilə Şirkətin Baş ofisinə gəlib, namaz qılmaq üçün ibadət otağına daxil olaraq naməlum səbəblərdən intihar edib.