Xəbər lenti

Argentina Messinin qolu sayəsində Ekvadora qalib gəldi
İdman06:10 09.10.2020

Argentina Messinin qolu sayəsində Ekvadora qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Argentina yığması 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin birinci turunun matçında Ekvador komandası ilə qarşılaşıb.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, Buenos-Ayresdə keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada yeganə qolu 13-cü dəqiqədə penalti zərbəsi ilə Lionel Messi vurub.

Argentina yığması növbəti matçda səfərdə Boliviya komandası ilə qarşılaşacaq. Ekvador seçməsi isə Uruqvay yığmasını qəbul edəcək.

Qeyd edək ki, turun digər matçında Uruqvay komandası Çili üzərində 2:1 hesabı ilə qələbə qazanıb.