Xəbər lenti

Argentina millisi cərimələndi
İdman14:48 11.07.2014

Argentina millisi cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millinin üzvləri DÇ-2014-ün reqlamentini kobud şəkildə pozub

Argentina Futbol Federasiyasına (AFF) maliyyə cəzası tətbiq edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. 

Ali qurumun İntizam Komitəsinin qərarı ilə federasiyaya 300 min İsveçrə frankı (təqribən 247 min avro) məbləğində pul cəzası verilib.

Buna Argentina millisinin üzvlərinin DÇ-2014-ün reqlamentini kobud şəkildə pozması səbəb olub. Belə ki, mundialın dörd oyunundan əvvəl Argentina millisi mətbuat konfransında yalnız baş məşqçi səviyyəsində təmsil olunub. 

Qaydalara görə, baş məşqçi ilə yanaşı, millinin ən azı bir futbolçusu tədbirdə iştirak etməliydi.