Xəbər lenti

Argentina yığmasının futbolçusunun onurğası qırıldı (VİDEO)
İdman12:46 14.11.2020

Argentina yığmasının futbolçusunun onurğası qırıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın "Bayer" klubunda çıxış edən Argentina millisinin futbolçusu Esekiel Palasios ağır zədə alıb.
Qaynarinfo xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin onurğası qırılıb. Hadisə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Paraqvayla keçirilən matçda baş verib.
Palasios rəqib futbolçusu Anxel Romero ilə mübarizədə xəsarət alıb. Onun bir neçə aydan sonra sıraya dönəcəyi bildirilib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.