İtaliya A Seriyası klubu "Monza"da çıxış edən Papu Qomezin dopinq cəzası təsdiqlənib.
Qaynarinfo-nun məlumatına görə, "La Gazetta della Sport"da yer alan xəbərdə Qomezin cəzaya etirazının rədd edildiyi bildirilib. Bu cəza həm də 36 yaşlı futbolçunun karyerasının sonu ola bilər.
2022-ci ildə keçirilən dünya çempionatı ərəfəsində Qomezdən götürülən nümunədə qadağan olunmuş maddə aşkarlanmışdı. Həmin vaxt "Sevilya"da çıxış edən təcrübəli futbolçu klubun həkimləri ilə məsləhətləşmədən oğlunun körpələr üçün hazırlanmış şərbətindən içdiyini bildirib.
Araşdırmalardan sonra Qomez dopinq qəbul etdiyinə görə iki il müddətinə futboldan uzaqlaşdırılıb.
Səbuhi Həsənov