Xəbər lenti

ARGTMŞ tərəfindən təşkil olunan beynəlxalq tədbir başa çatıb
Ölkə12:42 30.07.2014

ARGTMŞ tərəfindən təşkil olunan beynəlxalq tədbir başa çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ARGTMŞ tərəfindən təşkil olunan beynəlxalq tədbir başa çatıb.

26-30 iyul 2014-cü il tarixlərini əhatə edən, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Avropa Şurasının dəstəyi ilə təşkil olunan “Qərbdən – Şərqə Nifrət Nitqinə Yox” Regional Kampaniyası iştirakçılarının Azərbaycandakı görüşü başa çatıb. Tədbirin məqsədi ARGTMŞ-nın rəhbərliyi ilə Şərqi Avropa regionuna daxil olan ölkələrin Milli Şuraları və “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının koordinatorlarının arasında əməkdaşlığın qurulması və gücləndirilməsi, bu region üzrə kampaniyanın fəaliyyət planında nəzərdə tutulan tədbirlərin koordinasiya olunmasıdır. Tədbirdə Gürcüstan, Rusiya, Ukrayna, Belarusiya və Moldovanın gənclərlə bağlı fəaliyyət göstərən dövlət qurumlarının rəsmiləri, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyasının milli səviyyədə koordinatorları və Milli Şuralarının rəsmiləri iştirak ediblər.

Tədbirə iştirakçıların ümumi iclası ilə start verilib. İclasda çıxış edən ARGTMŞ-nın Baş Katibi Seymur Hüseynov iştirakçılara Azərbaycanda aparılan Gənclər Siyasəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun yerli və xarici gənclər üçün yaratdığı imkanlarla bağlı məlumat verib. Azərbaycan hökümətinin bu kampaniyanın həyata keçirilməsinə göstərdiyi dəstək barəsində iştirakçıları məlumatlandıran Seymur Hüseynov, Gənclər Fondunun qrant müsabiqəsi zamanı “Nifrət Nitqi” ilə mübarizənin ayrıca prioritet bir istiqamət kimi qeyd olunmasını iştirakçıların diqqətinə çatdırıb. Həmçinin iştirakçılara Azərbaycanda, bugünə qədər, “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində görülən işlərlə bağlı məlumat verilib və video-çarxlar nümayiş etdirilib. Daha sonra iştirakçılar təmsil etdikləri ölkələrdə kampaniya ilə bağlı görülən işlərlə bağlı təqdimat keçiriblər.

Tədbir Avropa Şurasının Gənclər Departamentinin məsul əməkdaşı Marina Filaretova tərəfindən aparılan qrup işləri ilə davam edib.

Qaynar.info