Xəbər lenti

Arif Əliyevin “Son çağrı”sı
Ölkə08:51 13.05.2013

Arif Əliyevin “Son çağrı”sı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu yaxınlarda “Altun kitab” nəşriyyatında yazıçı-publisist  Arif Əliyevin “Son çağrı” adlı kitabı nəşr olunub. Roman-reportaj janrında yazılan kitabda həm əzəli-əbədi mövzulara, həm də dövrümüzə xas bəzi problemlərə işıq tutulur. Zamanın tarixçəsində keçmiş bugünə, bəlkə, daha çox gələcəyə qarışıb, gerçəklik əlçatmazlığı ilə arzuya çevrilib. Məntiqlə mistika çulğaşıb, məhəbbət ikraha, hətta nifrətə dönüb. Yazıçıya görə əslində həyatın mahiyyəti büsbütün bu həlməşiyin qatqları arasındadır. 
Romanda real obrazlarla (Elçibəy, Ərdoğan, Elif Şafak, Nəcəf Nəcəfov, İsaxan Aşurov və s.) bağlı oxucuya bəlli olmayan səhnələr, tarixi hadisələr dəqiqliklə əks etdirilir. Maraqlı və dinamik süjetin qəhrəmanları  hamının  dəfələrlə  üzləşdiyi suallara cavab axtarır:  
- Niyə biz uşaqlıqda tez böyümək, böyük olanda uşaqlığımıza qayıtmaq istəyirik?
-  Zaman nədir? Sonsuzluğa varan düz xətmi, hüdudları olmayan okeanmı? Onu adlamaq, ya geriyə qaytarmaq necə mümkündür?
- Media niyə həmişə “ən yaxşı xəbər – ən pis xəbərdir” deyir?
- Hərənin həyata öz baxışı var: biri özünü qurban deyir, o biri qurban tələb edir, biri əqidə yolunda təhqirlərə dözür, o biri şəxsiyyətini qoruyur, biri qışqırır, o biri “susmaqla fəryad edir”, biri vuruşur, o biri başını götürüb gedir… Kim haqlıdır? 
Kitabın qiyməti 5, online sifarişlə isə 4 manatdır ([email protected]).
Qaynar.info