
"Qarabağ"ın yeni transferi Samuel Armenterosun viza məsələsi həll olunub.
Qaynar.info-ya verilən məlumata görə, isveçli hücumçu vizaya görə dünən axşam Bakıda ola bilməyib. Ancaq artıq bu problem arxada qalıb. Adı Avroliqanın qrup mərhələsi üçün sifariş olunan Armenteros artıq sabah Bakıda ola biləcək.
Qeyd edək ki, Samuel Armenteros yeni komandasında 90 nömrəli formanı geyinəcək.
Qaynar.info