Xəbər lenti

Arqument.az saytı haker hücumuna məruz qaldı
Ölkə13:22 19.04.2015

Arqument.az saytı haker hücumuna məruz qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Arqument.az saytı haker hücumuna məruz qalıb. Bu barədə musavat.com-a saytın baş redaktoru Şəmşad Ağa məlumat verib. 
Onun sözlərinə görə, səhər saatlarından sayta intensiv haker hücumu başlayıb. Bu səbəbdən də sayt bir saatdan çoxdur ki, fəaliyyət göstərə bilmir: "Hakerlər saytın serverinə aramsız sorğular göndərir. Hələ ki, saytın fəaliyyətini bərpa edə bilmirik. Amma hazırda proqramçılar saytın fəaliyyətini təmin etməyə çalışırlar. Arqument.Az-a hücumlar xaricdəndir. Hücumların əslində Azərbaycandan sifariş olunduğu barədə əlimizdə bir sıra məlumatlar var. Bununla bağlı dəqiqləşdirmələr aparırıq və açıqlama verəcəyik. Çünki tez-tez bu cür problemlərlə qarşılaşırıq".
Qaynar.info