Xəbər lenti

Arşavinin ailəsini dağıdan azərbaycanlı qız imiş!
İdman11:22 18.04.2013

Arşavinin ailəsini dağıdan azərbaycanlı qız imiş!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya mətbuatı Andrey Arşavinin Azərbaycanda sevgilsinin olması haqda sensasiyalı xəbər yayıb. 

Qol.Az-ın məlumatına görə, Arşavinin yeni eşq macərası səbəbindən vətəndaş nigahında olduğu Yuliyanı və üç uşağını atdığı iddia edilib. “Moskovskiy komsomolets” qəzeti yazlb ki, məhz Azərbaycandakı sevgilisinə görə Arşavin karyerasını ölkəmizdə davam etdirə bilər. Xatırladaq ki, bir müddət əvvəl rus futbolçunun “Xəzər Lənkəran”a transferinin mümkünlüyü haqda məlumatlar yayılmışdı.

Rus qəzeti həmin qadının "qızıl gəncliyin" nümayəndəsi və Azərbaycanda varlı bir biznesmenin həyat yoldaşı olduğunu yazıb. Qeyd edilib ki, həmin qadın milyonçu mühitinə daxildir. “Moskovskiy komsomolets”in fikrincə, məhz onun təkidi ilə A.Arşavin Avropadakı karyerasına son qoyaraq Azərbaycana gələ bilər.

Qaynar.info