Xəbər lenti

Arsen Xocayan Bakıda dindirilir
Ölkə08:20 08.03.2014

Arsen Xocayan Bakıda dindirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saxlanılan erməni dindirilmə zamanı bildirib ki, Tavuş vilayəti, Berd rayonu, Varin Qarmir Axbuyr kəndindəndir

Ötən gün günorta saatlarında Tovuz rayonunda saxlanılan erməni gənc artıq Bakıya gətirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailovun ANS PRESS-ə verdiyi məlumata görə, həmin şəxs hazırda dindirilir.

Şahin Sailovun sözlərinə görə, saxlanılan 09.03.91-ci il təvəllüdlü Arsen Ananyayeviç Xocayanın vəziyyəti yaxşıdır. O, dindirilmə zamanı bildirib ki, Tavuş vilayəti, Berd rayonu, Varin Qarmir Axbuyr kəndindəndir.

“O, Azrəbaycan dilində danışa bilmir. Rus dilində isə çox pis danışır. Özünün deyinə görə, Qoyunlarını axtarırmış və bu səbəbdən azıb. Hazırda onun Azərbaycana nə səbəbə gəlməsi araşdırılır”. – deyə Arsen Xocayan bildirib.

Qeyd edək ki, saxlanılan Arsen Xocayan bir qədər əvvəl də eyni istiqamətdə Ermənistandan keçmiş Mamikon Xocayanın qohumudur.

Qaynar.info