Xəbər lenti

"Arsenal" MLS-dən qapıçı transfer etdi
İdman13:36 12.02.2022

"Arsenal" MLS-dən qapıçı transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mövsümün əvvəlində "Şeffild Yunayted"dən 28 milyon avroya aldığı Aaron Ramsdeyllə yanaşı, "Arsenal" MLS-dən daha bir qapıçı transfer edib.
Qaynarinfo xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında açqılama verilib. "New England Revolution"nın formasını geyinən Mett Turnerin "Arsenal"a transferinin tamamlandığı bildirilib. 27 yaşlı amerikalı qapıçı mövsümün sonunda yeni komandasına qoşulacaq.
ABŞ mətbuatında yer alan xəbərlərdə "Arsenal"ın bu transfer üçün bonuslar daxil olmaqla 10 milyon dollar civarında ödəyəcəyi bildirilirdi.
ABŞ millisində də çıxış edən Turner bu komandada ilk dəfə 2021-ci ilin fevralında debüt edib və indiyə qədər yığmanın formasında 16 oyun keçirib.
1,91 m boyu olan qolkiperin Litva vətəndaşlığı da var.
2018-ci ilin yayında "Arsenal"a transfer edilən və hazırda əvvəlki formasından uzaq olan Bernd Lenonun isə gələn il komandanı tərk edəcəyi bildirilir. 
Səbuhi Həsənov