Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun həyat yoldaşı Kerri Conson məhkəməyə verilir.
Qaynarinfo "Mirror"a istinadən xəbər verir ki, onunla bağlı məhkəməyə oğlunun dayəsi müraciət etməyə hazırlaşır.
Consonun həyat yoldaşı dayəni işə başlayandan cəmi üç gün sonra işdən çıxarıb. Buna səbəb onun keçmiş hökumət başçısı ilə bir qədəh şərab içməsi olub.
59 yaşlı zimbabveli Tereza Dausun dediyinə görə, o, yeni doğulmuş Frenk Alfred Odisseyin şərəfinə siyasətçi ilə cəmi bir dəfə bir qədəh qızılgül şərabı içib. Sonuncu Consonun 8-ci övladıdır.
Dayə qeyd edib ki, hökumətin keçmiş sədri "onun tipi deyil”. Lakin siyasətçinin həyat yoldaşı Kerri Conson fərqli düşünüb. "Bu, tam bir kabus idi", deyə dayə bildirib.
Tereza Daus qeyd edib ki, uşağın anası onu xəstəxanadan çıxandan dərhal sonra işdən çıxarıb. Keçmiş baş nazirin arvadı işçiyə bütün əşyalarını yığıb evdən çıxması üçün cəmi 15 dəqiqə vaxt verib.
Tereza Daus bildirib ki, keçmiş hökumət başçısı daha sonra ondan üzr istəyib. Buna baxmayaraq, Conson etiraf edib ki, "hormonlar səbəbindən" həyat yoldaşı hərəkətlərini idarə edə bilmir.
Nəşrin məlumatına görə, dayə hazırda Böyük Britaniyanın keçmiş baş nazirinin ailəsinə qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. Qadın əvvəlcə üç aylıq müqavilə imzalayıb. İndi isə Consonsun ona minlərlə funt-sterlinq və işdən çıxma təzminatını ödəməli olduğuna inanır.
Aydın
Şərhlər